Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25
Məşhur Britaniya aktyoru, daha çox “Mr. Bean” filminin qəhrəmanı kimi tanınan Rowan Atkinson ağır yol qəzasına düşüb.

Avqustun 5-ə keçən gecə Haddon şəhəri yaxınlığında onun idarə etdiyi “Formula-1” bolidi saatda 370 km. sürətlə gedərkən nəzarətdən çıxıb və havada üç dəfə çevrilərək ağaca çırpılıb.

Xoşbəxtlikdən Atkinsona heç nə olmayıb.

Aktyor “McLaren” komandasının dünyada cəmi 100 ekzemplyarda mövcud olan və qiyməti 1 milyon dollardan baha olan sürət maşınlarından birinə sahibdir.

Bolid sıradan çıxsa da, aktyor çox yüngül xəsarət alıb. Heç nə olmamış kimi yol kənarında polis və “təcili yardım” gözləyib.

Onu yaxınlıqdakı hospitala aparıblar, gecəni formal prosedur olaraq xəstəxanada keçirən aktyor səhər evə buraxılıb.

Hospitalın sözçüsü deyib ki, aktyorun ağır qəzadan sağ çıxması sadəcə möcüzədir.

Bu, Atkinsonun düşdüyü ilk qəza deyil. 2001-ci ildə avromobil həvəskarlarının Yorkşirdəki görüşü zamanı onun maşını - Aston Martin V8 Zagato yol kənarındakı qoruyucu baryerə çırpılıb.

Sürücülük vəsiqəsində Atkinsonun yük maşını idarə etmək icazəsi də var. O həm də avtomobillər üzrə ixtisaslaşan jurnallara məqalələr yazır.

"Guardian"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG