Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:45

Dünya Bankı Azərbaycana 125 milyon dollarlıq kredit verir


Dünya Bankı ilə Azərbaycan hökuməti 125.4 milyon dollarlıq kredit müqaviləsi imzalayacaq.

Bunu avqustun 5-də jurnalistlərə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Cozef Ouen deyib.

Kredit 3 layihə – Azərbaycanda məhkəmə sisteminin modernləşdirilməsi, Azərbaycan su istifadəçiləri assosiasiyasının inkişafına dəstək və kapital bazarların modernləşdirilməsi layihələri üçün nəzərdə tutulub.

C. Ouen Azərbaycanda daha 4 layihə üzərində işlədiklərini də bildirib:

«Bunlar hərəsi 50 milyon dollar olmaqla kənd təsərrüfatının inkişafına dair 2 layihə, məcburi köçkünlərə dəstək nəzərdə tutan 50 milyonluq 1 layihə və 90 milyon dollarlıq Hövsanda çirkab suların tullantılardan təmizlənməsi layihəsidir».

Həmin layihələrin bu maliyyə ilində təsdiqlənməsi nəzərdə tutulur.
XS
SM
MD
LG