Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:54

Gəncə Dövlət Universitetinə qəbul planı birinci turda doldu


Regionlarda ilk dəfə olaraq birinci turda plan yerləri dolan digər müəssisə Lənkəran Dövlət Universitetidir.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bakı Dövlət Universitetində isə yerlər 98.78 faiz dolub. Plan yerləri tamamilə dolan Universitetlərin sırasına Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Tibb Universiteti və Diplomatiya Akademiyası daxildir.

Vakant yerlərə ixtisas seçimi isə avqustun 9-dək aparılacaq. Əlavə yerləşdirmənin nəticələri avqustun 11-də məlum olacaq. İlk mərhələdən sonra ali məktəblərdə 2087 boş yer qalıb. İkinci turda iştirak etmək üçün birinci qrupda ümumi balı 200, ikinci və üçüncü qrupda 250, dördüncü qrupda 350-dən çox olan abituriyentlər iştirak edə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG