Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:46

Liviya üsyançıları bildiriblər ki, Qaddafinin oğlu öldürülüb


Liviya üsyançıları bildiriblər ki, NATO qüvvələrinin Zliten şəhərinə endirdiyi hava zərbələri nəticəsində Qaddafinin oğlanlarından biri Hamis ölüb.

Üsyançıların nümayəndəsi bildirib ki, Qaddafi qoşunlarının 30-dan artıq zabit və əsgəri də öldürülüb.

Rəsmi Tripoli Qaddafini oğlunun ölümü ilə bağlı xəbəri hələlik təsdiq etməyib. Bundan əvvəl Liviya hakimiyyəti bildirmişdi ki, Zliten şəhəri tamamilə hökumət qoşunlarının nəzarəti altındadır.

Üsyançılar bir neçə həftə bu şəhər uğrunda döyüşlər aparıb. Paytaxt Tripolinin ələ keçirilməsi üçün Zliten şəhəri əhəmiyyətli mövqe sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG