Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:23

Saxlama müddəti ötmüş 765 kiloqram ərzaq məhsulu məhv edilib


Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda, Hacıqabul, Xaçmaz, Füzuli, Saatlı rayonlarında, Şəmkir şəhərində saxlama müddəti ötmüş 765 kiloqram ərzaq məhsulunu satışdan çıxararaq məhv edib.

Xəbəri İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Bakının Binəqədi qəsəbəsindəki «Budad Ltd.»yə məxsus sexdə aparılan yoxlama zamanı «Budad» kvas içkisinin müvafiq reseptura və texnoloji təlimat olmadan istehsal olunması müəyyən edilib. «Budad» qazsız içkilərinin normativlərə cavab vermədiyindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. «Budad Ltd.»yə 4.6 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bakının Xətai rayonunda isə «Tərxun», «Düşes», «Çernoqolovka» adı ilə istehsal olunan sərinləşdirici içkilərin, qazsız suların normalara uyğun istehsal edilmədiyi müəyyən olunub. Antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Sahibkar Qüdrət Abbasova 897 manat maliyyə sanksiyası tətbiq edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG