Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:01

Bakıda yağış yağacaq, külək güclənəcək


Foto: Arxiv
Foto: Arxiv
Bakıda və Abşeron yarımadasında avqustun 6-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə, gündüz 27-32 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27 dərəcə isti olacaq.

Avqustun 7-də havanın dəyişkən buludlu olacağı, əsasən axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 6-da əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Avqustun 7-də bölgələrdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən gecə və axşam saatlarında bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
XS
SM
MD
LG