Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:57

Hama şəhərində hərbi əməliyyatlar davam edir


Suriyanın Hama şəhərində beş gündür hökumətin hərbi əməliyyatı davam edir. Hüquq müdafiəçiləri və yerli sakinlərin verdiyi məlumata görə, əməliyyat nəticəsində ölənlərin sayı 200-ə çatıb. Ölənlər haqqında rəsmi məlumat yoxdur.

ABŞ dövlət katibi Hillari Clinton bildirib ki, Avropa, ərəb və başqa dövlətlərin liderləri Suriya hökumətinə daha çox təzyiq göstərməlidir.

Clinton deyib ki, mart ayından bu yana hökumət əleyhinə keçirilən aksiyalarda iki minə yaxın adamın ölümünə görə prezidenti Bashar Assad məsuliyyət daşıyır: “Assad artıq öz xalqının inamını itirib” - deyə, dövlət katibi bildirib.
XS
SM
MD
LG