Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:48
Bu il Azərbaycanda 55 nəfər ali məktəblərə müsabiqədən kənar qəbul olunub.

Bu barədə avqustun 5-də keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

2011-2012-ci tədris ili üçün ali məktəblərdə 2087 vakant yer qalıb.

M.Abbaszadə deyib ki, boş qalan yerlərə tələbə qəbulu müsabiqəsində 1-ci qrup üzrə ümumi balı 200-dən, digər qruplar üzrə 250-dən çox olan abituriyentlər iştirak edə bilərlər:

«Bu yerlərin 776-sı I, 660-ı II, 556-sı III, 92-si isə IV qrup üzrədir. Vakant yerlər əsasən özəl ali məktəblərdə qalıb».

Özəl ali məktəblər arasında Qafqaz Universitetində plan yerləri 96, Xəzər Universitetində 94, Asiya və Odlar Yurdu universitetlərində isə 46 faiz dolub. /Trend/

Günün bütün mövzuları

XS
SM
MD
LG