Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:54

Ali məktəblərdə boş qalan yerlərə sənəd qəbulu başlayır


Avqustun 5-dən 2011-2012-ci tədris ili üçün ali məktəblərin boş qalan yerlərinə əlavə yerləşdirmə üçün sənəd qəbulu başlayır.

Sənəd qəbulu avqustun 9-a qədər davam edəcək.

Bu haqda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

Bu il ayrılmış 31419 plan yerinə 29332 abituriyent qəbul olunub. Qəbul planı 93.36 % dolub.
XS
SM
MD
LG