Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:35

Anti-korrupsiya kampaniyasının sonu, taxıl biçini mövsümünün başa çatması...


Mətbuat icmalı

Mətbuat icmalı

ANTİ-KORRUPSİYA KAMPANİYASININ BAHALI SONLUĞU

«Yeni Müsavat» qəzeti 2011-ci ilin əvvəlində hökumətin başlatdığı antikorrupsiya kampaniyasının tarixin arxivinə gömüldüyünü iddia edir:

«Adətən yayda turizm sektorunu çıxmaq şərti ilə bazarın başqa seqmentlərində qiymətlər azalmağa doğru gedir, ən pis halda isə sabit qalır. Ancaq 2011-ci ilin yayı fərqli oldu - ərzaq malları bazarında qiymətlər mütəmadi artır.
Mal ətinin qiyməti artıq 10 manata çatıb…

Prezident İlham Əliyev ölkədə istehsal olunan və tələbatı ödəyən ərzaq məhsullarının bahalaşmasını süni inhisarçılıq hallarının əlaməti sayaraq buna rəvac verənlərin cəzalandırılmasını tələb etmişdi. Dövlət başçısının «Azərbaycan daxilində istehsal olunan kənd təsərrüfatı, ərzaq məhsullarının süni şəkildə bahalaşması yolverilməzdir. Bunu edənlər məsuliyyətə cəlb olunmalıdır» mesajı, deyəsən, artıq əhəmiyyətini itirib. Budur, qiymətlər süni şəkildə artırılır, ancaq heç kim məsuliyyətə cəlb edilmir…».

AZƏRBAYCAN BEYNƏLXALQ DONOR ÖLKƏSİNƏ ÇEVRİLİR

«Azərbaycan» qəzeti ölkənin iqtisadi baxımdan dünyanın qüdrətli ölkələrindən birinə çevrilməyindən yazır:

«Azərbaycanın ən çox kredit ayırdığı ölkə qismində qonşu Gürcüstan çıxış edir. Yeni böyük regional layihə kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmiryolu nəqliyyat dəhlizinin Gürcüstandan keçən hissəsi məhz ölkəmizin bu qonşu dövlətə ayırdığı kredit hesabına həyata keçirilir. Azərbaycan Gürcüstana Bakı-Tbilisi-Qars dəmiryolu nəqliyyat dəhlizinin Gürcüstan hissəsində inşasına və yenidən qurulmasına illik 5 faiz dərəcə ilə 575 milyon dəyərində əlavə kredit təqdim edəcək. Əlavə maliyyələşdirməyə əvvəllər Azərbaycanın Gürcüstana 200 milyon dollar məbləğində ayırdığı kredit daxil deyil. Bundan öncə Dövlət Neft Fondunun hesabına Azərbaycan hökuməti Gürcüstana 200 milyon dollar həcmində krediti 25 il müddətinə illik 1 faizlə verib…».

AZƏRBAYCANDA YERLİ TƏLƏBATDAN ARTIQ BUĞDA İSTEHSAL OLUNACAQ

«Yeni Azərbaycan» qəzeti isə Azərbaycanda taxıl biçini mövsümünün başa çatmasından yazır:

«May ayının sonlarından başlayan biçin işləri artıq bir sıra taxılçılıq rayonlarında yekunlaşıb. Kənd Təsərrüfatı Nazirliyinin (KTN) məlumatına görə, yaxın günlərdə bütün zəmilərdə taxıl biçini tam başa çatacaq. İyulun son günlərinə qədər ölkə üzrə 850 min hektardan artıq sahədə biçin aparılıb. Bu, isə respublikada mövcud olan payızlıq və yazlıq dənli-paxlalı bitkilər əkininin təxminən 92 faizi deməkdir. İndiyədək Azərbaycanda 2 milyon 100 min tondan artıq arpa və buğda tədarük olunub. Bu isə keçən ilin müvafiq dövründəkindən 350 min ton çoxdur. Tədarük olunan taxılın 1.4 milyon tondan çoxu isə buğda məhsuludur…»

Günün bütün mövzuları

XS
SM
MD
LG