Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:07

Liviyadakı islamçı fraksiya Qaddafiylə ittifaqa girmədiyini deyir


Liviyanın şərqində fəaliyyət göstərən islamçıların liderləri Muammar Qaddafiylə ittifaq barədə məlumatı təkzib ediblər.

Qaddafinin oğlu Sif al İslam bundan əvvəl Nyu York Times qəzetinə müsahibəsində deyib ki, Qaddafi tərəfdarlarıyla ölkənin şərqindəki islamçı fraksiya üsyançılara qarşı birgə mübarizə aparmaq üçün ittifaq yaradıblar.

İslamçıların liderlərindən biri Ali Sallabi məlumatın əsassız olduğunu deyib.

Amma Sallabi onlarla danışıqlar aparıldığını istisna etməyib.

Sallabi deyib ki, Qaddafinin istefası məsələsində üsyançıların yaratdığı ötəri milli şurayla islamçıların baxışları üst-üstə düşür.
XS
SM
MD
LG