Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:25

Suriyada qətllər davam edir


Cümə axşamına keçən gecə Suriyada azı 6 müxalifət fəalı öldürülüb.

Bu barədə yerli hüquq müdafiəçiləri xəbər verirlər.

Bazar günündən ordu yeridilmiş Hama şəhərində isə 100-dən çox adamın öldürüldüyü xəbər verilir.

Şəhərdə ictimai nəqliyatın hərəkəti iflic olub, telefon və internet əlaqəsi kəsilib.

BMT-nin təhlükəsizlik şurası Suriya hakimiyyətini kəskin ittiham edən bəyanat qəbul edib, ölkə rəhbərliyini zorakılıqları təcili dayandırmağa çağırıb.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 1700-dən çox adamın öldürüldüyünü deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG