Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:00

«Sərhədsiz reportyorlar» Həkimeldostu Mehdiyevlə bağlı bəyanat yayıb


«Biz yenidən hakimiyyəti yeganə məqsədi Mehdiyevi qorxutmaq olan cəfəng işə son qoymağa çağırırırıq»

«Sərhədsiz reportyorlar» beynəlxalq mətbuatı müdafiə təşkilatı Naxçıvanda fəaliyyət göstərən jurnalist və hüquq müdafiəçisi Həkimeldostu Mehdiyevin təqib olunması ilə əlaqədar avqustun 3-də yaydığı bəyanatda belə deyilir.

Təşkilat hesab edir ki, Naxçıvan rəsmiləri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) müxbirini narahat etməkdə davam edirlər.

Bu «Sərhədsiz reportyorlar» iki həftə ərzində yaydığı ikinci bəyanatdır. Bundan əvvəl təşkilat iyulun 20-də belə bəyanatla çıxış edib.

Həkimeldostu Mehdiyev CM-in 189-1-ci (elektrik enerjisi oğurlama) maddəsi ilə ittiham edilir.

Ondan yaşadığı Şərur rayonunun hüdudlarını tərk etməmək haqqında iltizamnamə alıb. Təqsiri təsdiq edilərsə, onu 3 min manat cərimə və ya islah işləri gözləyir.

«Sərhədsiz reportyorlar» həmçinin iki həftədən bəri hakimiyyətin Mehdiyevin evində işığını kəsdiyi xatırladır.

Təşkilat deyir ki, buna səbəb Mehdiyevin iyulun əvvəllərində alman jurnalist Mixael Lüdviqin Naxçıvana ezamiyyəti zamanı ona yardım etməsi olub.

Naxçıvan hakimiyyəti hər yolla alman jurnalistə mane olmağa çalışıb. Lakin Mehdiyevin sayəsində Lüdvinq, öz işini yekunlaşdırmağa müvəffəq olub-deyə təşkilatın bəyanatında bildirlir.
XS
SM
MD
LG