Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:12

6 ayda 17 milyard dollardan çox ticarət əməliyyatları aparılıb


2011-ci ilin 6 ayı ərzində Azərbaycanın dövlət, qeyri dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxslər 138 xarici dövlətlə 17,4 milyard dollar məbləğində ticarət əməliyyatları aparıblar.

Əməliyatların 2,9 milyard dolları MDB üzvü dövlətləri, 14,5 milyard dolları digər ölkələrlə həyata keçirilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Xarici ticarət dövriyyəsinin 13,1 milyard dollarını Azərbaycandan ixrac olunmuş mallar, 4,3 milyard dollarını ölkəyə idxal edilmiş məhsullar təşkil edib.

Xarici ticarət əməliyyatlarının 80 faizindən çoxu İtaliya, Fransa, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Ukrayna, Türkiyə, Malayziya, İndoneziya, Belarus, Almaniya, Hindistan, İsrail və Çin dövlətləri ilə aparılıb.
XS
SM
MD
LG