Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:49

«Azərbaycanda terror riski Ermənistandan çoxdur»


«Terrorism Risk Index» cədvəli

«Terrorism Risk Index» cədvəli

«Azərbaycanda terror təhlükəsi riski Ermənistandan yüksəkdir. Gürcüstan isə həm Azərbaycandan, həm də Ermənistandan riskli ölkədir». Böyük Britaniyanın Maplecroft şirkətinin ekspertləri növbəti dəfə «Terrorism Risk Index» (TRI)-ni açıqlayıb. Siyahıda terror təhlükəsi olan ölkələr arasında Gürcüstan 36-cı (orta riskli), Azərbaycan 93-cü (aşağı riskli), Ermənistan 100-cü (aşağı riskli) yerdədir. Qonşu dövlətlərdən Rusiya (14), İran (16) isə «son dərəcə riskli» ölkələr sırasındadır.

TERROR HÜCUMLARININ 75 FAİZİ 4 ÖLKƏNİN PAYINA DÜŞÜR

Hesabatda qeyd olunur ki, yenicə, iyul ayında müstəqilliyini qazanmış Cənubi Sudan terror hücumları üçün dünyadakı 5 əsas hədəfdən biridir. Somali, Pakistan, İraq və Əfqanıstan isə bu siyahının öncülləridir. Terror hücumları riskinin 75 faizi bu dörd ölkənin payına düşür.

Bütövlükdə terror təhlükəsi riski hesabatı 197 ölkəni əhatə edir. Və bütün dünyada terror hücumlarının sayının ötən illə müqayisədə 15 faiz artdığı qeyd olunur.

Terror təhlükəsi riski indeksi bizneslərə dünya ölkələrində əməkdaşları və aktivləri üçün təhlükəni qiymətləndirmək imkanı verir.

Hesabatın hazırlanmasında aprelin 1-nə kimi 12 ay ərzində baş verən terror hadisələri haqda məlumatlar nəzərə alınıb. O cümlədən, həlak olanların sayı, son 5 ildə baş verən terror hücumları, terror təhlükəsi yüksək olan ölkələrə yaxın yerləşən dövlətlər də əsas götürülüb.

TERROR RİSKİ ARTSA DA, ÖLÜ SAYI NİSBƏTƏN AZALIB

Pakistanda terror zamanı partladılmış avtobus
Hesabata görə, 2010-cu ilin aprelindən bu ilin martına qədər dünyada 11 954 terror hadisəsi qeydə alınıb. Terror riski artsa da, ölü sayı nisbətən azalıb. (14 478-dən 13492-yə).

Maplecroft şirkəti onu da qeyd edir ki, NATO müttəfiqləri Əfqanıstanda qoşunlarının sayını azaltmaq istədiyi bir zamanda bu ölkədə hücumların sayı artıb. Cənubi Sudandan savayı bu il «son dərəcə riskli» ölkələr siyahısına daha 3 ölkə də əlavə olunub. Bunlar İran, Burundi və Nigeriyadır. İranda belə hücumlar çox olmasa da, terror qurbanlarının sayı yüksəkdir. Məsələn ötən ilin iyul ayında İranın cənub-şərqində Zahedan şəhərində baş vermiş iki partlayış zamanı27 nəfər ölüb, təxminən 300 nəfər yaralanıb. Partlayışları İranın sünni üsyançı qrupu «Cundallah» törədib.

QƏRB DÖVLƏTLƏRİNDƏN ANCAQ BÖYÜK BRİTANİYA...

197 ölkə arasında nəhəng qərb dövlətlərindən heç biri «yüksək» ya da «son dərəcə riskli» ölkələr sırasına düşməyib. Yeganə istisna Böyük Britaniyadır ki, Şimali İrlandiyada artan terror hücumlarına görə «orta riskli» ölkələr arasında yer alıb.

Hesabatda o da qeyd olunub ki, qərb dövlətlərinin radikal İslamçılardan gələcək təhlükədən narahatlığı yüksəkdir.

HƏMÇİNİN OXU:

Neft Akademiyasına silahlı basqın (Faciə ilə bağlı bütün məqalələr)
Tarixdəki səs-küylü məktəb qətliamları
Osloda terror: 93 ölü. Terrorçu tək olmayıb (VİDEO)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG