Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:34

Qahirədə keçmiş daxili işlər nazirinin məhkəməsi gedir


Misirin paytaxtı Qahirədə keçmiş daxili işlər naziri Habib al Adli və daha 6 yüksək rütbəli polis rəsmisinin məhkəməsi gedir.

Dünən Qahirədə keçmiş prezident Hosni Mubarak, onun 2 oğlu və bu 7 məmurun məhkəməsi başlanıb.

Mubarakla polis rəsmiləri bu ilin fevralında yüzlərlə nümayişçinin qətlində ittiham olunurlar.

Günahları sübuta yetirilsə onları ölüm hpkmü gözləyir.

Mubarakın oğulları isə korrupsiyada ittiham olunurlar.

Nubarakın məhkəməsi avqustun 15-nə təyin olunub.
XS
SM
MD
LG