Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:51

Türkiyədə yeni ordu komandanları təyin olunub


Türkiyə ordusunun baş qərargah rəisi vəzifəsinə ordu generalı Necdet Özəlin gətirilib.

Türkiyə ordusunun baş qərargah rəisi vəzifəsinə ordu generalı Necdet Özəlin gətirilib.


Prezident Abdullah Gül Türkiyə ordusunun yeni rəhbər heyətinin tərkibini təsdiqləyib. Türkiyə ordusunun baş qərargah rəisi vəzifəsinə ordu generalı Necdet Özəlin gətirilib. Prezidentin qərarını Nazirlər Kabinetinin də təsdiqləməsi lazımdır.

Ötən həftə Türkiyə ordusunun baş qərargah rəisi İşık Koşaner, quru qoşunlarının baş komandanı, hərbi hava qüvvələrinin və hərbi dəniz qüvvələrinin baş komandanları istefa veriblər. Və səbəbini indiyədək 250-cən keçmiş hərbçinin və vəzifə başında olan hərbi quluqçuların, o cümlədən admiral, generalların həbsi ilə əlaqələndiriblər.

Türkiyədə islamçı hökumətlə dünyəvi ordu arasında gərginlik yüksək həddədir. Hazırda hökuməti devirmək ittihamı ilə haqqında istintaq aparılan generalların sayı 42-dir.

Günün bütün mövzuları

XS
SM
MD
LG