Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:06

Qaddafi tərəfdarları islamçı fraksiya ilə birləşib


Muammar Qaddafinin tərəfdarları Liviya üsyançılarının yaratdığı ötəri milli şuraya qarşı birgə mübarizə aparmaq üçün ölkənin şərqindəki islamçı fraksiya ilə ittifaq bağlayıblar.

Bunu Qaddafinin oğlu Seyf əl İslam (Sif al İslam) bildirib.
O bir daha qeyd edib ki, üsyançıların hərbi komandanı Abdel Fattah Younisi məhz islamçılar öldürüb.

Yunisi ötən həftə üsyançıların nəzarətində olan Benqazi şəhərində öldürülüb.
Son vaxtlar Benqazidə müxtəlif fraksiyalar arasında toqquşmalar olur.

Ötəri milli şura fikir ayrılıqlarını etiraf eləsə də bütün üsyançı hərəkatların Qaddafinin istefası məsələsində bir olduqlarını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG