Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:18

Bakı funikulyorunda yenidənqurma işlərinə başlanılıb


Bu barədə AzadlıqRadiosuna Bakı Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov məlumat verib.

41 ildən bəri istismar olunan iki köhnə vaqon avqustun 4-də relslərdən çıxarılaraq vaqon parkına aparılıb.

Vaqonların muzeyə veriləcəyi bildirilir.

1960-cı il mayın 5-dən fəaliyyətə başlayan funikulyor bir müddət fəaliyyət göstərməyib. Növbəti təmir işlərindən sonra fəaliyyətə başlayan funikulyor 2011-ci il aprelin 6-da yenidən təmirə dayanıb.

Amma bu yaxınlarda qərara alınıb ki, funikulyor tamamilə dəyişdirilsin və beynəlxalq standartlara uyğun funikulyor yaradılsın.

Uzunluğu 455 metr olan Bakı funikulyorunun dəmiryolu xətti Neftçilər prospekti ilə Şəhidlər Xiyabanını birləşdirir.

Bakı funikulyorunda biletlər 20 qəpik olub.
XS
SM
MD
LG