Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:03

«Medvedev Girls» kampaniyaya başladı (VİDEO)


Prezident Dmitri Medvedevin tərəfdarı olduqlarını deyən qızlar Rusiyada «Ya biz, ya da içki» şüarı ilə kampaniyaya başlayıblar.



Özlərini «Medvedev Girls» adlandıran və onun ikinci dəfə prezident seçilməsini istədiklərini deyən uzun ayaqlı, qısa şortikli qızlar bir cazibədar kampaniyaya başlayıblar. İnsanları avqustun 4-də Moskvada Puşkin meydanına dəvət edən qızlar orada Medvedevin spirtli içkilər əleyhinə qərarına dəstək kampaniyası keçirəcəklərini, soyuna biləcəklərini deyiblər.

Bundan əvvəl özlərini «Putinin ordusu» adlandıran bir qrup qız da Baş nazir Vladimir Putinin yenidən prezident seçilməsinə dəstək üçün buna oxşar kampaniya keçirmişdilər.

«Medvedev Girls» bildirir ki, «Putinin ordusu»nu görəndən sonra onlar da Medvedev üçün birləşmək qərarına gəliblər.

Hələlik rəsmilərdən aksiya ilə bağlı hər hansı reaksiya yoxdur.

Rusiyada 2012-ci ildə keçiriləcək prezident seçkisində Baş nazir Vladimir Putinin, yoxsa, indiki prezident Dmitri Medvedevin namizəd olacağı hələ aydın deyil. Müşahidəçilər onların arasında ziddiyyətlərin getdikcə artdığını deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG