Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:14

İslam Partiyası üzvlərinin məhkəməsi avqustun 11-də davam edəcək


Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimiyyəti zorla ələ keçirməkdə və terrora hazırlıqda ittiham olunan İslam Partiyası üzvlərinin işi üzrə məhkəmə baxışı başlayıb.

Təqsirləndirilənlər məhkəmə heyətinə etiraz ediblər. Onlar öz etirazlarını məhkəmənin qərəzliliyi ilə əsaslandırıblar. Belə ki, məhkəmənin hazırlıq iclasında qaldırılan heç bir vəsatətləri təmin edilməyib.

Amma hakim etirazları əsassız sayaraq vəsatətə baxmamaq barədə qərar çıxarıb.

İslam Partiyasının sədri Mövsüm Səmədovun ittiham aktı oxunan zaman isə məhkəmə zalındakı şəxslərdən ikisi məhkəmə heyəti və prosesə etirazlarını bildirib. Nəzarətçilər onları zaldan çıxarıb.

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərin ittiham aktlarını oxuyub. Müttəhimlər ittiham olunduqları maddələrlə özlərini təqsirli saymadıqlarını deyiblər.

Növbəti məhkəmə prosesi avqustun 11-ə təyin edilib.

Mövsüm Səmədov və İslam Partiyasının daha 6 üzvü terrora hazırlıq, hakimiyyəti zorla ələ keçirmə və başqa maddələrlə ittiham olunurlar.
XS
SM
MD
LG