Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:07

Polis paltarındakı şəxs NATO əsgərini güllələyib


Əfqanıstanda polis paltarında olan şəxs NATO əsgərini güllələyərək öldürüb. Hadisə ilə bağlı NATO detallı məlumat vermir,öldürülən əsgərin vətəndaşlığı da açıqlanmır.

Avqustun 4-də ölkənin şimali Qunduz əyaləyində isə daha bir insident yaşanıb, təhlükəsizlik xidməti idarəsinin əməkdaşı maşınına yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində ölüb.

Əfqanıstanın cənubu və şərqi ilə müqayisədə şimal rayonları daha təhlükəsiz hesab olunsa da, son zamanları şimalda hücum və partlayışların sayının artması nisbi sabitlik fikirlərinə kölgə salır.
XS
SM
MD
LG