Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:10

Bundesliqa oyunlarına oruclu futbolçular çıxacaq


Fransalı futbolçular Karim Benzema və Frank Riberi
Fransalı futbolçular Karim Benzema və Frank Riberi

Anis Ben Hatira istiyə və oyuna məhəl qoymaq fikrində deyil


Sabah Almaniyada futbol üzrə çempionata start verilir. Bundesliqa üzvlərinin bəzi müsəlman futbolçuları isti havaya, çətin şəraitə baxmayaraq, oruclarını pozmayacaqlarını bildiriblər.

Münhenin “Bavariya” komandasının, həm də Fransa yığmasının oyunçusu Frank Riberi 2002-ci ildə İslamı qəbul edib. O, Ramazan ayı boyunca oruc tutacağını bəyan edib. Bildirib ki, yalnız Bundesliqadakı oyun günləri orucunu poza bilər.

Riberidən fərqli olaraq, Almaniya “Hamburq” klubunun oyunçusu Anis Ben Hatira istisnasız olaraq oruc tutmaq niyyətindədir. O, hətta oyun günlərində də İslamın tələblərinə əməl edəcəyini bəyan edib.

İsti havada oruc tutmaq, susuz qalmaq peşəkar idmançılar üçün əziyyət yaradlr. Bu, onların oyun keyfiyyətinə də təsir göstərə bilər. Bu vəziyyəti nəzərə alaraq, Almaniya Müsəlmanlarının Mərkəzi Şurası futbolçulara yardım etmək üçün xüsusi qaydalar dərc edib.

Şuranın sədri Ayman Maziyek “Eropenews.dk” saytına açıqlamasında deyib ki, futbolçular buraxdıqları orucları sonradan əvəzini tuta bilərlər:

“Biz hesab edirik ki, Ramazanda işin fiziki ağırlığını nəzər almadan ciddi şəkildə oruc tutmaq məcburiyyəti yoxdur. Bu, azlığın mövqeyidir və İslam bunu tələb etmir”.
Buna baxmayaraq, Maziyek onu da vurğulayıb ki, bu məsələdə qərar vermək çətindir və son söz futbolçuların özünə adi olmalıdır.

“Qərar verilməlidir ki, onlar üçün nə daha vacibdir – din, yozsa idman. Həm də onu da götür-qoy etməlidirlər - üzücü oruc tutmaqla işəgötürənlərini və komanda oldaşlarını pis durumda qoya bilərlərmi?”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG