Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:32

Kosovo NATO ilə serb azlığının razılaşmasını qəbul etmir


Kosovo hökuməti NATO ilə serb azlığı arasındakı razılaşmanı qəbul etmir. Razılaşma Kosovo və Serbiya arasında 2 mübahisəli sərhəd məntəqəsinə nəzarətlə bağlıdır.

NATO-nun dünənki bəyanatında bildirilir ki, Kosovo serbləri bu regiondakı yollardan barrikadaları yığışdırmağa razılaşıb. Sülhməramlıların ən azı sentyabrın ortalarına qədər münaqişəyə səbəb olan iki sərhəd buraxılış məntəqəsinə nəzarət edəcəyi bildirilir.

Kosovo hökuməti razılaşmanı «qəbuledilməz və mümkünsüz» adlandırıb. Kosovo polisi Serbiyadan mal gətirilməsinin qarşısını almaq üçün ötən həftə həmin məntəqələri zəbt etmişdi.

Buna səbəb isə Serbiyanın bundan əvvəl müstəqilliyini tanımadığı Kosovo mallarına qadağa qoyması olub. Nəticədə isə bir kosovolu polis ölüb, bir neçə bina yandırılıb.
XS
SM
MD
LG