Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:53
Londonun Heathrow hava limanı - qəbul etdiyi sərnişinlərin sayına görə dünyanın ən böyük aeroportu sayılır.

Aeroport tanınmış Britaniya yazıçısı Toni Parsonsu bir həftəlik qonaq saxlayacaq.

Atanın oğlu ilə münasibətlərindən bəhs edən “Man and Boy” romanı bir neçə milyon nüsxə ilə satılmış Parsons bu dəfə yeni kitabını yazmaq üçün avqustun 3-dən etibarən bir həftə sərnişinlər və aerport işçilərinin içində yaşayacaq.

Yazıçı onları müşahidə edəcək, onlarla söhbətlər edəcək ki, növbəti kitabının potensial obrazlarının həyatını və hisslərini daha yaxşı anlasın.

“Heathrow-dan yeddi hekayət” adlanacaq kitab hekayələr toplusu olacaq. Çap edilib dükanlara paylanmamışdan əvvəl kitabın 5 min nüsxəsi bu ilin oktyabr ayından etibarən aeroportda sərnişinlərə pulsuz paylanacaq.

Statistikaya görə, Heathrow hava limanı ötən ilin 8 ayı ərzində 40 milyon sərnişin qəbul edib.

www.heathrowairport.com

Günün bütün mövzuları

XS
SM
MD
LG