Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:15

Suriya ordusu Hama şəhərində əməliyyatları davam etdirir


Şəhərə tank, zirehli texnika və canlı qüvvələr yeridilib.

Şahidlər bir neçə evin atəşlə dağıdıldığını, sakinlərin şəhəri tərk etdiklərini xəbər verirlər.
800 minlik şəhərdə telefon və internet əlaqəsi kəsilib.

İnsan haqları fəalları həmçinin ölkənin şimalındakı şəhərlərdə azı 3 dinc sakinin öldürüldüyünü deyirlər.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT-nin təhlükəsizlik şurasında Suriyanı ittiham edən qətnamə layihəsinin müzakirəsi gedir.
XS
SM
MD
LG