Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:04

Mübarəki öz adını daşımış akademiyada mühakimə edirlər


Hüsnü Mübarəkin məhkəməsi başladı
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00
Direct-ə keçid

Avqustun 3-də Misirdə ölkənin keçmiş prezidenti Hüsnü Mübarəkin (Hosni Mubarak) işi üzrə məhkəmə prosesi başlayıb. O, bu ilin fevralında yüzlərlə nümayişçinin qətlində ittiham olunur. 83 yaşlı Mübarəki məhkəmə binasına xərəkdə gətiriblər. H.Mübarəklə y


Avqustun 3-də Misirdə keçmiş prezident Hüsnü Mübarəkin məhkəməsi başlanıb.

İnqilab nəticəsində devrilmiş və sonradan həbs edilmiş Mübarək məhkəmədə bildirib ki, özünü günahkar saymır - ona qarşı irəli sürülən korrupsiya və dinc nümayişçiləri öldürmək planı hazırlamaq ittihamlarını qəbul etmir.

Xəstə və zəif görünən 83 yaşlı Mübarək məhkəmə zalına xəstəxana çarpayısında gətirilib. O, təqsirləndirilənlər üçün nəzərdə tutulan dəmir qəfəsə yerləşdirilib.

Qəfəsdə onunla birlikdə başqa təqsirləndirilənlər də əyləşib.

KEÇMİŞ PREZİDENT İTTİHAMLARI RƏDD EDİR

“Mən bütün ittihamları qəti şəkildə rədd edirəm” – deyə Mübarək prosesdəki çıxışında bildirib.

Mübarək tərəfdarları. 3 avqust 2011
Mübarəki və onun sabiq hökumətinin təhlükəsizlik rəsmilərini bu ilin yanvar-fevral aylarında üsyançılara atəş açmaq əmri verməkdə, 850 nəfəri öldürməkdə ittiham edirlər.

Həmin üsyan Mübarəkin 30 illik hakimiyyətinə son qoymuşdu.

Mübarəklə birlikdə keçmiş daxili işlər naziri Həbib əl-Ədli, eləcə də polisin 6 yüksək səviyyəli rəsmisi mühakimə edilir. Onlar da ittihamı rədd edirlər. Əgər ittiham təsdiqlənərsə, onların hamısına ölüm hökmü kəsilə bilər.

Ayrıca olaraq Mübarək və onun oğlu Qamalı korrupsiyada ittiham edirlər. Onlar bu günkü prosesdə korrupsiya ittihamını da rədd ediblər. Mübarəkin yaxın dostu olan

biznesmen Hüseyn Səlimə qarşı da qiyabi olaraq eyni ittihamlar irəli sürülüb.

Bütün təqsirləndirilənlər günahkar olmadıqlarını bəyan edəndən sonra məhkəmə avqustun 15-cən təxirə salınıb.
Bunlara da nəzər salın

Mübarəki məhkəməyə Misirin kurort şəhəri olan Şarm-əl-Şeyxdəki xəstəxanadan təyyarə ilə gətiriblər.

Məlumata görə, o orada apreldən bəri müalicə olunur.

Məhkəmə prosesi Qahirə Polis Akademiyasında keçirilir. Əvvəllər akademiyanın adı – “Mübarək Polis Akademiyası” olub.

Məhkəmə canlı olaraq dövlət televiziyasında yayımlanıb.

MÜBARƏKİN TƏRƏFDARLARI VƏ ƏLEYHDARLARI ARASINDA TOQQUŞMA

Məhkəmə zamanı bir neçə dəfə həm Mübarəkin tərəfdarları, həm də əleyhdarları şüarlar qışqırıblar.

Hakim Əhməd Rüfət onlara xəbərdarlıq edərək sakitliyə riayət etməyə çağırıb.

Mübarək tərəfdarlarının çoxu polis akademiyasının həyətinə toplaşıblar. Akademiya ətrafında isə keçmiş prezidentin əleyhdarları cəmləşib.

Mübarək tərəfdarları və əleyhdarları arasında toqquşma da baş verib. Onlar bir-birilərinə daş da atıblar.

Qahirədə insanlar Mübarəkin məhkəməsindən canlı yayıma baxır. 3 avqust 2011
Qahirə sakini Ayman Məhəmməd Bağdat da Mübarəkin tərəfdarıdır. O deyir:

“Mən gənc olanda ölkədə soyuducu tapılmırdı, çirkab suları küçələrə axırdı. Mən böyüdükcə Misir də gözümün qarşısında qurulub-tikildi. Ölkəsi üçün böyük işlər görmüş adamla belə rəftar etmək sadəcə düz deyil. O liderdir və hər bir ölkə onun kimi lideri olmasını istərdi”.

Amma Mübarəki dinc nümayişçilərə atəş açmaq əmri verməkdə ittiham edib asılmasını istəyənlər də az deyil.

Polis və ordu akademiya ətrafını mühafizə edir. Akademiyaya yaxın yerləşən Təhrir meydanında da məhkəmə günü aksiya keçirməyə icazə verilməyib. Ötən həftənin sonu əsgərlər çadırlar qurmuş bir neçə yüz insanı meydandan uzaqlaşdırıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG