Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:56

Qaqauzlar nə öz dillərini, nə də yaşadıqları Moldovanın dilini bilirlər


Qaqauz dram teatrı Tatarstandakı Novruz şənliklərində

Qaqauz dram teatrı Tatarstandakı Novruz şənliklərində


Milliyəti türk, dili rus, vətəndaşlığı Moldova. Söhbət Moldovada yaşayan 160 min qaqauzdan gedir. Onların yaşadıqları Qaqauziya muxtariyyətində rəsmən 3 dövlət dili var – qaqauz, rus və rumın (moldovan).

Bir regionda 3 dövlət dilinin olması nəticədə uşaqların başında çatlayıb. Bu il məktəbi bitirən şagirdlərin tələbələrin 10 faizə yaxını Rumın dili və ədəbiyyatı imtahanlardan kəsilib.

Bu isə dərhal onların valideynləri və region rəsmilərinin etirazına səbəb olub. Hətta rəsmi Kişinau-nu (Kişinyov) millətçilikdə ittiham edənlər də olub ki, bəs Moldovalı məmurlar qəsdən qaqauzlara qarşı ayrı-seçkilik ediblər.

Qaqauz muxtariyyətinin lideri Mikhail Formuzalın başçılığı ilə xüsusi nümayəndə heyəti Təhsil Nazirliyinə gedib. Və kəsilən 100-ə yaxın tələbənin təkrar imtahana buraxılmasını tələb edib. Amma bir aya yaxın davam edən danışıqlardan sonra Moldova təhsil naziri Mikhail Shleahtitski AzadlıqRadiosuna deyib ki:

“Hər ölkənin öz dövlət dili var. Bu dili bilmədən ölkədə yaşamaq və uğur qazanmaq olmaz”.

Nazirin bildirdiyinə görə danışıqlarda qərara alıblar ki, Qaqauziyada rumın dilinin daha yaxşı tədris edilməsi və öyrənilməsi üçün kompleks proqram hazırlasınlar.

Amma bu mübahisə Moldovada qaqauzların mərkəzi hökumətlə heç bir bağlılığının qalmaması haqda söz-söhbətləri lap gücləndirib.

SSRİ dağılanda Moldova ilə dinc şəkildə danışıqlar aparıb muxtariyyət qazanan qaqauzlara 1991-ci ildən Rusiya və Türkiyə dəstək verib. Muxtariyyətin 3 dövlət dili olsa da, əksəriyyət rus dilində danışır. Yerli məktəblərdə rus dilində dərs keçirlər və ümumiyyətlə tarixən bu regionda rumın dili və mədəniyyətinə müqavimət olub. Burda yerli dövlət dilinə də - hələ moldovan dili deyirlər.

Və qaqauzlar doğrudan da ehtiyac olmadıqca moldovan dilini öyrənməməyə üstünlük verir. 30 yaşlı Viktor Furmanji Kişinauda işləyir.

“Qaqauziyada çoxu rus məktəbləridir. Niyəsini bilmirəm. Amma mən Kşinauda işlədiyim üçün rumın dilini öyrənməli oldum. İşim olmasaydı, yqin elə mən də, bu dili bilməyəcəkdim”.

25 yaşlı Valentina Capinarli isə deyir ki, qaqauzlar, rumın dilini öyrənməməklə qürur duyurlar. Bunu Moldovalı məmurlar da qeyd edir. Deyirlər ki, bura rumın dili müəllimi göndərmək asan deyil, çünki eyni maaşla burada daha çox əziyyət çəkməlisən, qaqauzlar dili öyrənmək istəmir.

Amma Valentina kimiləri Kişinauda işləməyə gədəndə rumın dilini öyrənməyə məcbur olub.

“Bu dili bilmək mənə çox lazımdır. Bir tərəfdən burdakı bacım uşaqları rumınca danışır. Digər tərəfdən də, işdə çox lazım olur. Çünki rumın dili sayəsində insanlarla ünsiyyət qururam”.

Moldovanın təhsil nazirliyi indi qaqauzların rumın dili problemini həll eləmək üçün, onlara imtahandan kəsilsələr belə, attestat verməyi təklif edir. Amma orda rumın dilini bilmədikləri qeyd olunacaq. Belə tələbələr isə Moldovanın ali məktəblərinə girə bilməsələr də, Rusiya və Türkiyəyə üz tuta bilərlər.

Ancaq bir şey də var ki, qaqauzlar heç qaqauz dilində də doğru-dürüst danışmırlar. Baxmayaraq ki, Türkiyə dövləti 90-cı illərdən səfirliyi və yardım fondları vasitəsiylə qaqauzlar üçün mübadilə proqramları, dili öyrənmək üçün səfərlər təşkil edir, onları həvəsləndirir, bununla qaqauz dilinin çox az populyarlaşmasına nail olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG