Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:10

Suriyanın Hama şəhərində güclü partlayışlar olub


Bu gün Suriyanın Hama şəhərində güclü partlayış səsləri eşidilib.

Hakimiyyət ötən şənbə günündən şəhərə ordu yeridib.

Şahidlər bu gün səhər şəhərə əlavə zirehli texnikalar yeridildiyini, telefon əlaqəsinin kəsildiyini xəbər verirlər.

Bu gün BMT-nin təhlükəsizlik şurasında Suriyayla bağlı qətnamə layihəsinin müzakirəsi davam etdiriləcək.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

Yerli hüquq müdafiəçiləri bu müddət ərzində 1700-dən çox adamın öldürüldüyünü deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG