Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:16

İranlı qadın ona hücum edən şəxsi bağışlayıb


Ameneh Bahrami əlində özünün keçmiş şəkilini tutub. 2009

Ameneh Bahrami əlində özünün keçmiş şəkilini tutub. 2009

İ
ranlı qadın Ameneh Bahrami ona hücum edərək, üzünə sulfat turşusu atan şəxsi - Majid Movahedini son anda kor olmaqdan xilas edib.

Belə ki, 2004-cü ildə Majid Movahedi Ameneh Bahramiyə hücum edərək onun üzünə sulfat turşusu atıb. Bundan sonra Bahraminin hər iki gözü kor olub, sifəti tanınmaz hala düşüb.

AzadlıqRadiosuna müsahibəsində Ameneh Bahrami deyib ki, o son anda Movahedini kor edilməsi fikrindən imtina edib: «Həkim otağında dayanıb Movahedini kor edilməsi prosesini izləyirdim. Həkim onun gözünə sulfat turşusu tökən zaman mən dedim ki, Movahedini kor etmək lazım deyil».

Ameneh Bahrami çıxış edərkən. Məcid Movaheddi polislərin arasında (mərkəzdə) əyləşib
Hücuma məruz qalan Ameneh Bahrami üzünün dərisinin normal vəziyyətə gəlməsi üçün 17 əməliyyat keçirib. Ameneh Bahrami deyir ki, Quranda intiqam haqqı var:

«Amma buna baxmayaraq mən Quranda insanları bağışlamağa səsləyən mənəvi dəyərləri daha üstün tutdum. Amma bir daha bildirirəm ki, Movahedi cəmiyyət üçün çox təhlükəli adamdır və ömrünün sonuna kimi həbsdə qalmalıdır».

Bahrami həmçinin deyib ki, o Movahedinin ailəsindən maddi kompensasiya almaq niyyətindədir: «Movahedinin atası mənə 50 milyon (50.000 dollar) tümən təklif edib. Amma mən 200 milyon tümən (təxminən 200.000 dollar) istəyirəm».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG