Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:24

ABŞ fond birjalarında enmələr müşahidə olunub


Senatın dövlətin borc limitini artırması ilə bağlı qərarından az sonra ABŞ fond birjalarında enmə müşahidə olunub.

"Dow Jones" Sənaye indeksi avqustun 2-də 2, "Standart and Poor" isə 2,5 faizdən çox düşüb.

2008-ci iqtisadi böhrandan bəri ABŞ fond birjalarında indekslərdə enmə müşahidə olunub.

Prezident Barak Obama ABŞ-ın borc limitini artıran qanunu imzalayıb.
Müşahidəçilər deyirlər ki, investorlar hələ də ABŞ iqtisadiyyatının sağlamlığından narahatdırlar və mümkündür ki, ABŞ-ın kredit reytinqi aşağı düşsün.

Asiya maliyyə bazarlarında da səhmlərin qiymətində 2 faizdən çox enmə qeydə alınıb.

Çin isə ABŞ borc məsələləri ilə bağlı məsuliyyəti bölüşməyə çağırıb və bildirib ki, gələcəkdə valyita ehtiyatlarında ABŞ-dollarının həcmini azaldacaq.
Çin ABŞ-ın ən böyük investorlarından biridir və 3,2 trilyon dollar investisiya qoyub.

ABŞ Senatı hökumətin borc limtini qanunla qoyulan vaxta cəmi 12 saat qalmış qəbul edərək ölkəni defoltdan yayındırdı.

Layihə hökumətin borc limitini 2,4 trilyon dollar artırır. Əvəzində hökumət 10 ilə xərcləri 2,1 trilyon dollar azaltmalıdır.

Layihəni Senatdan əvvəl Nümayəndələr palatası 161 səsə qarşı 269 səslə qəbul etmişdi.
XS
SM
MD
LG