Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:22
«Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra avqustun 3-dən 4-nə keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişiləcəyi proqnozlaşdırılır. Havanın temperaturu tədricən 5-10 dərəcə aşağı enəcək».

Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında avqustun 4-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 28-33, bəzi yerlərdə 35 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28 dərəcə olacaq.

Azərbaycanın rayonlarında isə avqustun 4-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG