Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:13

Rabitə nazirinin 3G bəyanatları, xəstəxanada ixtisarlar, hind biznesmenləri....


Mətbuat icmalı
Mətbuat icmalı
RABİTƏSİZ BƏYANATLAR RABİTƏ NAZİRİNİ PİS VƏZİYYƏTDƏ QOYDU

«Azadlıq» qəzeti Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun son aylar verdiyi bəyanatlara diqqət çəkərək, onların bir-birinə zidd olduğunu iddia edir.

Qəzet yazır ki, nazir «bəzi texniki problemlər həll edildikdən sonra» «Bakcell» və «Azercell» şirkətlərinə də 3G texnologiyası üzrə lisenziya veriləcəyini desə də, «bu məsələ dalana dirənib»:

«Azercell bəyan edib ki, onlar nəinki 3G, artıq 4G xidmətini də göstərməyə qadirdirlər. Yeganə problem 3G üçün tezliklərin ayrılmasıdır. Tezliklər isə B&BTV şirkətinə verilib. Odur ki, yeganə problem kimi bu məsələ qalır... Araşdırma nəticəsində məlum olub ki, «Azerfon» və B&BTV «qohum» şirkətlərdir. Bu məlumatın nə «Azerfon», nə də B&BTV tərəfindən təkzib edildiyi nəzərə alınasa, digər operatorların tezlik almasının elə də asan olmayacağını bəri başdan təxmin etmək olar. Kim öz şansını rəqibinə verər ki?... Digər mobil operatorları tezliklərlə təmin edə bilməyən nazirliyin isə yeni-yeni bəhanələr uydurmaqdan başqa çarəsi yoxdur».

MƏRKƏZİ KLİNİK XƏSTƏXANADA NÖVBƏTİ KÜTLƏVİ İXTİSARLAR

«Yeni Müsavat» qəzeti Mərkəzi Klinik Xəstəxanada növbəti kütləvi ixtisarlardan yazır. Daha 200 işçi azad edilib. İxtisarların «maliyyə məsələsi ilə bağlı» olduğu bildirilib. Xəstəxana işçilərinin redaksiyaya müraciətində deyilir:

«Bir neçə ay bundan əvvəl 120 nəfəri 6 aylıq məzuniyyətə göndərdilər. Bunun nəticəsində həmin insanlar öz ərizələri ilə işdən azad edildilər. İşçilərə deyilir ki, işdən çıxarılmaları MMC-nin maliyyə vəziyyətinin ağır olması ilə əlaqədardır. Lakin yenə 200-ə yaxın işçini kütləvi olaraq işdən azad ediblər. Səbəb kimi maliyyə problemini göstərsələr də, biz bilir ki, xəstəxanada aylıq dövriyyəyə iki milyon manat keçir. Lakin bu pulların hara getdiyi məlum deyil…».

Mərkəzi Klinik MMC-nin rəsmisi isə qəzetə bildirib ki, xəstəxanada təmir və tikinti gedir, buna görə də işçilər məzuniyyətə göndərilir:

«Bir iki aydan sonra hamı öz işinə qayıdacaq...».

AZƏRBAYCAN VƏ HİNDİSTAN YENİ İQTİSADİ LAYİHƏLƏRƏ BAŞLAMAQ NİYYƏTİNDƏDİRLƏR

«Yeni Azərbaycan» qəzeti Hindistanla Azərbaycanın yeni iqtisadi layihələrə başlamaq niyyətindən yazır. Rəsmi Dehli neft idxalını artırmaqla yanaşı, qaz əldə etmək üçün səylərini artırıb:

«Cənubi Qafqazın lider dövləti olan və stabil iqtisadi dayanıqlılığa malik Azərbaycanın iqtisadi imkanları, o cümlədən, investisiyalara açıq bir dövlət olması qarşılıqlı iqtisadi əlaqələrin inkişafına mühüm təsir göstərir. Buna görə də, hind biznesmenləri sərmayə qoyuluşlarında ölkəmizə xüsusi üstünlük verirlər…».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG