Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 10:55

ABŞ ölkədə Liviya səfirliyinin bərpasına kömək edəcək


ABŞ Dövlət Departamenti deyir, bütün lazımi addımlar atacaqlar ki, Liviya müxalifətinin nəzarəti altında Vaşinqtondakı səfirliyinin işi bərpa olunsun.

"The Associated Press" bildirir ki, ABŞ səfirliyin dondurduğu 13 milyon dollarlıq hesabı yenidən açacaq.

Dövlət Departamentinin rəsmiləri deyirlər ki, Obama administrasiyasının Liviya müxalifətinin qurduğu Milli Keçid Şurasını tanıması ilə bağlı iyulda qərar verən zaman qurum ABŞ-dan səfirliyin yenidən açılmasını xahiş edib.

Muammar Qaddafi hələ də NATO və üsyançılara qarşı mübarizəsini davam etdirir. Liviya müxalifəti ölkənin yarısına nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG