Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:16

Hüsnü Mübarəkin məhkəməsi başlayır


Bu gün keçmiş Misir prezidenti Hüsnü Mübarəkin məhkəməsi başlayır. O, korrupsiya və etirazçılara qarşı atəş açmaq əmri vermək ittihamları ilə üzləşib.

Məlumatlara görə, 83 yaşlı Mübarəkin hazırda müalicə olunduğu Qırmızı Dəniz sahillərindəki kurort şəhər Sharm el-Sheikhdən Qahirəyə gətiriləcəyi gözlənir.
Məhkəmə Polis Akademiyasında keçiriləcək.

Mübarək və onunla birgə ittiham olunanların məhkəmə zamanı dəmir barmaqlıqlar arasında saxlanacağı gözlənir. Rəsmilər bildirirlər ki, məhkəmə iclasları dövlət televiziyası ilə nümayiş olunacaq.

Mübarək, ölkənin keçmiş daxili işlər naziri Habib el-Adly, digər keçmiş yüksək vəzifəli altı məmur etirazlar zamanı 850 nəfərin ölümündə günahlandırılır. Əgər ittiham təsdiqlənsə, onlar edam cəzası ilə üzləşə bilərlər.

Ayrıca, Mübarək və onun iki oğlu Gamal və Alaa korrupsiyada ittiham edilirlər.
Bu ilin fevralında ölkədə başlayan etirazlar zamanı Hüsnü Mübarək 30 illik hakimiyyətindən əl çəkməyə məcbur olmuşdu.
XS
SM
MD
LG