Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:56

ABŞ defoltdan yayındı


ABŞ senatı hökumətin borc limtini qaldıran qanun layihəsini qəbul etdi və bununla da qanunla qoyulan vaxta cəmi 12 saat qalmış ABŞ defoltdan yayınmış oldu.

İndi layihə imzalanmaq üçün prezident Barak
Obamaya göndəriləcək və qanun qüvvəsinə minəcək.

Senatda layihənin lehinə 74, əleyhinə 26 səs verilib.
Layihə hökumətin borc limitini 2,4 trilyon dollar artırır.
Əvəzində hökumət 10 ilə xərcləri 2,1 trilyon dollar azaltmalıdır.

Layihəni Senatdan əvvəl Nümayəndələr palatası 161 səsə qarşı 269 səslə qəbul etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG