Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:49

Türkiyə İlham Əliyevin PKK-ya dair mövqeyindən razı qalıb


Hulisi Kılıç
«Mətbuat konfransında İlham Əliyev «hələ biz hazır deyilik» dedi. Biz buna da hörmətlə yanaşırıq. Ancaq biz artıq Gürcüstana şəxsiyyət vəsiqəsi ilə gedib-gəlirik. Bundan başqa Rusiya, Suriya, Serbiya və başqa ölkələrə vizanı götürmüşük. İnşallah, Azərbaycan tərəfi də hazır olar, vizalar götürülər. Azərbaycanlılar Türkiyəyə 1 ay müddətinə vizasız gedir. Bunu 3 aya qaldırmaq istəyirik».

Bunu avqustun 2-də Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıç bu ölkənin Baş naziri R. T. Ərdoğanın Bakıya səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransı dedi.

TİCARƏT DÖVRİYYƏSİ 3 MİLYARD DOLLARA ÇATACAQ

Səfir bildirdi ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2.5 milyard dollar olub. İlin sonuna kimi isə ticarət dövriyyəsi 3 milyard dollar proqnozlaşdırılır.

QAZ DANIŞIQLARI İLƏ BAĞLI TEXNİKİ MƏSƏLƏLƏR SENTYABRDA BİTƏCƏK

Səfir Azərbaycanla Türkiyə arasında qaz danışıqlarının davam etdiyini, texniki məsələlərin sentyabrda bitəcəyini bildirdi.

Səfir dedi ki, əldə olunmuş qərara əsasən, ilin sonuna qədər Türkiyədə iki ölkənin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək.

Bakıda terrorla bağlı müzakirələrə toxunan səfir İlham Əliyevin PKK terror təşkilatına dair səsləndirdiyi bəyanatdan razı qaldıqlarını bildirdi.

«BU, KÜÇƏ, EV QAPISI DEYİL»

Səfir Dağlıq Qarabağ münaqişəsinə də toxundu:

«Biz 18 il əvvəl Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanla sərhədi bağladıq. Bu, küçə, ev qapısı deyil. Bir ölkənin başqa bir ölkəyə açılan qapısıdır. Biz bölgədəki problemlərin həll olunmasını istəyirik. Həm Türkiyə ilə Ermənistan, həm də Azərbaycanla Ermənistan arasında problemlər həll olunmalıdır».

Jurnalistlər səfirdən R. T. Ərdoğanın Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşməməsinin səbəbini soruşdular. Səfir bildirdi ki, bu, onun proqramının sıxlığı ilə bağlıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG