Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:27
Kür və Araz çaylarının və onların trans-sərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək üçün növbəti monitorinq keçirilib.

Məlum olub ki, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan tullantıları sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıqdır. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.

Xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti yayıb.

Xəbərdə deyilir ki, Araz çayı üzrə Horadiz məntəqəsində də fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG