Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:53
ÖLDÜM, DİRİLDİM...

Başım kəsildi,

Öldüm!

Aparıb özümü yeni salınan

Dirilər qəbirstanlığında dəfn etdim.

Üzərimi torpaqla basdırıb,

Başımı ovuclarıma alıb,

Qəbrimin üstündə,

Özümə ağı deyib,

Ağladım...

Harayıma dirilər qəbirstanlığının ölüləri də

yığışdılar başıma...

Hamısı çoxdanın ölüləri idi.

Kəfənləri də çürümüş,

Lüt qalmışdılar...

Həm də başsız bədənlər idilər.

Başlarını özləri kəsmişdilər,

Neçə illərdi ovuclarında,

Çürüyüb,

Quru sümükləri qalmışdı əllərində...

Bunlara baxıb,

əlimdəki

qaşı,

gözü,

ağzı,

burnu,

dili,

dodağı yerində olan

başımı görüb,

Mənim də başımın bu başlar kimi çürüyəcəyindən,

Və bu ölümün, doğurdan da ölüm olacağından qorxub,

Yenidən, doğdum özümü torpaqdan.

Başımı bədənimin üstünə qoyub,

Qaçdım ordan.

Qaçdım ki, yaşayam,

Öləndə də başsız ölməyəm...



MƏN TİKANLI YOVŞANAM

Mən bir yovşanam,

Tikanlı yovşan...

Hardan bilirsən ki,

Cansız bir otam?!

Mən diriyəm,

Sənin kimi,

Adam kimi diri...

Qışda əriyib,

Torpaqda yatıb, dincəlirəm...

Yazda yenidən baş qaldırıb,

Yaşayıram sənin kimi,

Adam kimi...

Günün bütün mövzuları

XS
SM
MD
LG