Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:18

Güllələnən konqresmen geri qayıtdı


Qışda başından güllələnən ABŞ Konqresinin üzvü Gabrielle Giffords avqustun 1-də ilk dəfə olaraq Nümayəndələr Palatasının iclasına qatılıb.

Demokrat Partiyasını təmsil edən Giffords ABŞ-ın daxili borc limitinin artırılması nəzərdə tutan qanun layihəsini dəstəkləyib.

Konqresmen yanvarın 8-də Arizona ştatının Tuson şəhərində silahlı şəxsin ictimai yerdə atəş açması nəticəsində başından yaralanmışdı. Həmin hadisədə 6 nəfər ölmüşdü.

Məhkəmə hadisəni törədən Cered Li Lafnerin ruhi xəstə olduğunu bildirib.
XS
SM
MD
LG