Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:29

Suriyada Ramazanın ilk günündə 24 nəfər ölüb


Suriyada Ramazan ayının ilk günündə təhlükəsizlik qüvvələri tərəfindən azı 24 nəfər öldürülb.

Suriyalı hüquq müdafiəçilərin dediyinə görə, onların əksəriyyəti mərkəzi Hama şəhərində öldürülüb. Bazar günündən Hamada hərbi əməliyyatlar artıb.

İyulun 31-dən Suriyada 100-dən çox adamın öldüyü, Həma şəhərində rejim əleyhidarlarının üzərinə tank yeridildiyi bildirilir.

Avqustun 1-də BMT Təhlükəsizlik Şurası bağlı qapılar arxasında Suriyada pisləşən zorakılıq hallarını müzakirə ediblər.

Bu arada ABŞ - Suriya hökumətini prezident Bashar Asad rejiminə qarşı çıxanlara qarşı zorakılığı, kütləvi qətlləri dərhal dayandırmağa çağırıb.
XS
SM
MD
LG