Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:45

Məhkəmə qərarı: «Bakının baş planı ictimaiyyətə açıqlansın»


Bakı Şəhər İcra Hakimiyyətinin binası

Bakı Şəhər İcra Hakimiyyətinin binası

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Bakı şəhərinin Baş Planının layihəsini ictimaiyyətə açıqlamalıdır. Bakı şəhər İnzibati-İqtisadi Məhkəməsi belə qərar verib. Bu barədə AzadlıqRadiosuna məlumat verən Media Hüquqları İnstitutunun eksperti Xalid Ağaliyevin sözlərinə görə, məhkəmənin qərarına əsasən, şəhər icra hakimiyyəti Bakının baş planının surətini, habelə planın hazırlanması prosesini əhatə edən digər bilgiləri «seyfindən çıxarmalı olacaq».

Xalid Ağaliyev deyir ki, açıq bilgi hesab olunsa da, 10 ildən artıqdır ki, media bu sənədi əldə edə bilmir: «Demokratiya və İnsan Haqları Mərkəzinin rəhbəri Aytəkin İmranova Media Hüququ İnstitutunun «Məhkəmə çəkişmələriylə hökumətin hesabatlılığını inkişaf etdirmək» təşəbbüsü çərçivəsində 2010-cu ilin dekabrında BŞİH-ə bilgi sorğusu göndərib. O, Bakının Baş Planının surətini, habelə planla bağlı digər bilgiləri istəyib. İcra hakimiyyəti sorğunu cavablandırmayıb. Sorğuçuya hüquq yardımı göstərən Media Hüququ İnstitutu icra hakimiyyətinin hərəkətsizliyindən Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət etmişdi».

İddiaya hakim Tahirə Əsədovanın sədrliyi ilə baxılıb. Məhkəmə heyəti «İnformasiya əldə etmək haqqında» qanuna istinad edərək iddianı təmin edib. Məhkəmənin qərarına əsasən icra hakimiyyətinin bilgi sorğusunu cavablandırmaması qanunsuz hesab edilib, BŞİH-in üzərinə bilgi sorğusunu cavablandırmaq vəzifəsi qoyulub.

2010-cu ilin yayında Səbail Məhkəməsi Media Hüququ İnstitutunun təşəbbüsçüsü olduğu iddiaya baxarkən qərar vermişdi ki, şəhər icra hakimiyyəti büdcə xərcləri ilə bağlı sənədləri açıqlamalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG