Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:43

Azərbaycan hərbçiləri Rumıniyaya yola düşdülər


Azərbaycan-ABŞ təlimləri, 24 aprel 2009
Azərbaycan-ABŞ təlimləri, 24 aprel 2009
İyulun 31-də 99 Azərbaycan hərbçisi iki ABŞ hərbi təyyarəsi ilə Rumıniyaya uçub.

Bu barədə AzadlıqRadiosuna ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər.

Məlumatda deyilir ki, hərbçilər avqustun 13-ə qədər «Black Sea Rotational Force» təlimlərində iştirak edəcəklər.

Azərbaycan-ABŞ iş planına əsasən, növbəti təlimlər avqustun 10-da ABŞ-ın San-Antonio şəhərində olacaq. Azərbaycan hərbçiləri piyada zabitləri üçün kurslara qatılacaqlar.

Bir müddət öncə Azərbaycan-ABŞ arasında hərbi təlimlər qeyri-müəyyən vaxta qədər təxirə salınmışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG