Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:32

Avtobuslarda musiqi qadağası necə işləyir?


221 saylı avtobusun sürücüsü Fəzail Mehdiyev isə deyir ki, 3-4 aydır onların avtobusundan audio cihazları çıxarıblar

221 saylı avtobusun sürücüsü Fəzail Mehdiyev isə deyir ki, 3-4 aydır onların avtobusundan audio cihazları çıxarıblar

Bu il fevralın 11-dən İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, avtobuslarda siqaret çəkən, şəhərdaxili marşrutlarda audio cihazlardan istifadə edən sürücülər 40 manatdan 50 manatadək cərimə olunmalıdır. Beş aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də paytaxtdakı avtobusların bəzilərində musiqi səsləri eşidilməkdədir.

SÜRÜCÜ MUSİQİYƏ NİYƏ QULAQ ASIR?

96 saylı avtobusun sürücüsü Ağanəcəf deyir ki, sükan arxasında radioya - mahnılara, xəbərlərə darıxdığı üçün qulaq asır:

«Uzaqbaşı cərimə edəcəklər də. Təki gedən pul olsun. Qulaq asıramsa, deməli, həmişə qulaq asacam. Razıyam, qoy, bir aydan bir cərimə eləsinlər».

O, hələ ki, nə cərimə olunub, nə də sərnişinlərdən şikayət eşidib. Çünki özü demiş, kasetə yox, radioda verilən mahnılara, özü də normal səs verərək qulaq asır.

221 saylı avtobusun sürücüsü Fəzail Mehdiyev isə deyir ki, 3-4 aydır onların avtobusundan audio cihazları çıxarıblar.

52 saylı avtobusun sürücüləri isə deyirlər ki, qadağalardan narahat deyillər, əksinə, audio cihazların yığışdırılmasından sərnişinlər də razıdır.

Sərnişin Zərifə Abdinova deyir ki, avtobusda musiqi səsi onu narahat etmir
MUSİQİ BƏZİ SÜRÜCÜLƏRƏ MANE OLUR, BƏZİLƏRİNƏ YOX

Sürücülər kimi sərnişinlər arasında da bu məsələyə münasibət bir cür deyil. Sərnişin Zərifə Abdinova deyir ki, avtobusda musiqi səsi onu narahat etmir, əksinə, musiqi sürücüyə fikrini toplamağa da kömək edir:

«Musiqi «meşat» eləyir bəyəm? Şofer sükan arxasında musiqiyə qulaq asır, fikri başqa yerdə qalmır, ancaq musiqidə olur».

Sərnişin Minayə Qasımova isə əksini düşünür:

«Sürücülərin fikri qalır radioda, necə gəldi sürürlər. Yol gedəndə musiqi olmasa yaxşıdır, yaxşı olar ki, sürücülər telefonla da danışmasınlar».

Bəzi sərnişinlərsə avtobuslarda az hallarda musiqi səsi eşitdiklərini deyirlər.

MÜFƏTTİŞLƏR NƏZARƏTİ GÜCLƏNDİRMƏLİDİR

Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Rüstəmov deyir ki, avtobuslarda audio cihazlara dair qadağaların işləməsi üçün düzgün icra mexanizmi yoxdur:

«Müfəttişlər nəzarəti gücləndirməlidirlər. Şikayətlər nəzarətçilərin protokolları əsasında şirkətlərə yönəlməlidir, sahibkarlar sürücüləri cəzalandırmalıdırlar. Bu qaydaları
52 saylı avtobusun sürücüləri isə deyirlər ki, qadağalardan narahat deyillər
Nəqliyyat Nazirliyinin işçiləri, Milli Məclisin komissiyası tərtib edib. Nəzarət, icra mexanizmi düzgün həyata keçirilməyəcəksə, belə hallar baş verəcək».

ŞİKAYƏTLƏR AZALIB

Ancaq Nəqliyyat Departamentinin nəzarət şöbəsinin işçisi Əminə Orucova avtobuslarda audio cihazlarla bağlı şikayətlərin azaldığını deyir:

«Arada avtobuslarda musiqi oxudulmasından şikayət edirdilər, amma bir ay olar ki, elə bir şikayət olmur. Bütün şikayətlər rəisin stolunun üstünə qoyulur. Rəis gələndə sahibkarı çağırır, həmin sürücünü də departamentə dəvət edirlər. Onunla ciddi məşğul olunur. İkinci dəfə yəqin ki, bu hal təkrar olunmur».

«Transqeyt» MMC-nin avtodəstə rəisi Zülfi Həsənəliyev deyir ki, şirkətlərinə məxsus 90, 96, 162 saylı avtobuslarda audio cihazları çıxarıblar:

«Şirkətimizə göstəriş veriləndən sonra musiqi alətlərini açmışıq, maşınlarda yoxdur. Bizə göstəriş verirlər, biz də əməl edirik».

Şirkət nümayəndəsi bildirir ki, ümumilikdə, şirkətə sərnişinlərdən ayda 2-3 şikayət daxil olur. Bu da ən çox tıxaclarla bağlı olur.

Şərhləri göstər

XS
SM
MD
LG