Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:54

Cenevrədə Azərbaycanın ÜTT-yə üzvlüyü müzakirə edilib


Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü məsələsi müzakirə edilib.

Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərliyi altında İqtisadi İnkişaf, Sənaye və Energetika, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsinin nümayəndələrindən ibarət heyət Cenevrə şəhərində səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın ÜTT-yə üzvlüyü prosesi çərçivəsində Avropa İttifaqı, Ekvador, İsveçrə, Braziliya və Çin ilə ikitərəfli danışıqlar aparıb.

Eyni zamanda, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) ilə məsləhətləşmələr aparılıb. Cenevrədə yerləşən Ticarət və Davamlı İnkişaf üzrə Beynəlxalq Mərkəz (ICTSD) ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin qurulması müzakirə olunub.
XS
SM
MD
LG