Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25

23 nəfər imtahanla yol polisi inspektoru oldu


Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə başa çatıb.

Bu barədə «Trend»ə Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) məlumat verilib.

60 nəfər müsabiqədə iştirak üçün sənəd verib. Müsabiqə iştirakçılarının fiziki hazırlığı, «Yol Hərəkəti Qaydaları»na dair və ingilis dili bilikləri yoxlanılıb. 23 nəfər müəyyən olunmuş tələblərə cavab verib.

BDYPİ bir müddət öncə yol patrul xidməti inspektoru vəzifəsinə işçi qəbulu üzrə vakansiya elan etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG