Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:24

Türkiyədə Yüksək Hərbi Şuranın toplantısı başlayıb


Türkiyədə Yüksək Hərbi Şuranın toplantısı başlayıb. Ötən həftənin sonunda Türkiyədə Baş Qərargah rəisi və daha üç qoşun növünün rəhbəri istefa verib. Bu günkü toplantıda həm də ordunun yeni rəhbərliyini formalaşdırmalıdır.

İstefa verən Baş qərargah rəisi, quru, hərbi dəniz və hava qüvvələrinin rəhbərləri bunu bir neçə general da daxil olmaqla ordunun yüksək rütbəli zabitlərinin dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanması ilə izah edirlər.

Türkiyə tarixində ilk dəfədir ki, Silahlı Qüvvələrin rəhbərliyi eyni gündə bu şəkildə istefa verirlər.

Yüksək Hərbi Şuranın dörd gün davam edəcək toplantısına Baş nazir Rəcəb Tayyib Ərdoğan rəhbərlik edir.

Türkiyə mediası tədbirin gedişində yeni istefaların ola biləcəyini yazır.

Günün bütün mövzuları

XS
SM
MD
LG