Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:34
Avqustun 1-i Ramazan ayının ilk günüdür.

Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlanıb.

Müsəlmanların inancına görə, Ramazan ayının axırıncı 10 gecəsinin birində «Quran» nazil edilib.

Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar.

Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 sutka davam edir.

Orucluq islamdan əvvəl də mövcud olub. Hələ qədim ərəblər öz tanrıları rizasına oruc tuturdular.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG