Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:08

ALDANMA

Aldanma bu şəhərə,
Bu şəhərin qara uzun gecələri,
Hiylə quran döngələri küçələri var.
Yol azdıran cığırları izləri var.
Qazancı evinə yetməyən kişiləri,
Kimsəsiz çocuqları, dilənən qocaları var.
Əzilən insanları əzən güclüləri var.
Ziyalı sözünə bürünənləri, daha nələri, nələri var.
Bu şəhərin kirlənmiş üstü,
Bu şəhərin yağmura ehtiyacı var.


QIZM OLSUN


Hər zaman istəmişdim bir qızım olsun.
Uzun dalğalı saçı yamyaşıli gözləri.
Gözəl həm ağıllı bir az da mənə bənzəri...
O böyüsün gəncləşsin mənsə heç yaşlanmayım.
Bəzən iki bacıya bənzətsinlər kənardan.
Yada ki mehriban iki rəfiqəyə.
Paxıllıq edənlərdə qoy olsun bu gözəlliyə.
Bəzən ana kimi yaxın olsun qəlbimə.
Anamı tapmayanda dərdimi deyim ona.
Kədərimi paylaşım,o məni ovundursun.
Sevincimi bölüşüm yaxın sirdaşım olsun.
Danışsın sevgisindən sevincinə qoşulum.
Baxım xoşbət halına gəncliymi qayıdım.
Etibarsız dünyada vəfalı bir dost olsun.
Hər zaman istəmişdim bir qızım olsun...



QADIN

Sözdə böyüdülüb gerçəkdə kiçildilən qadın .
Qadın kəlməsinin altında əzilmək payına düşüb sənin.
Ər önündə əyilmək, müntəzir durmaq ,
Arzularının, üstündən xətt çəkib ,
Onun istəkləri ilə yaşamaq sənə yaraşdırılıb.
Haqqını istədikcə döyülmək adi sayılıb.
Sənin dünyan kainatdan böyük olsa belə ,
Həyatda dörd divarın içi qədər kiçilib ,
Qadınlıq hüququ veriblər sənə , kişilərə sərf etdiyi qədər .
Qurub, yaratmaq itəklərnin qarşısında , aldığın olub ,
Yalnız izazələr ,icazələr ,icazələr ...
Daş dövründən bu günə qədər , etdiyin mübarizələr .
QADINLIQ ... bu alın yazın, bu bir qədər.
Mübarizən dünyanın sonuna qədər .

Günün bütün mövzuları

XS
SM
MD
LG