Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:16
Bu hekayə "Ədəbi Azadlıq-2011" müsabiqəsinə təqdim edilsə də, münsiflərin diqqətini cəlb etməyib. Müəllif ona qarşı haqsızlıq olduğunu düşünərək hekayəsinin "Oxu zalı"nda oxucuların mühakiməsinə verilməsini istəyib...


Divanə Ozan Təklə
(Agayar Xələf oğlu)


QIZIN HİSSƏLƏRİ


- Şərəfə!

- Şərəfə!

- Şərəfə!

Yeri gəlməmişkən qızın hissələri sağalırdı. Sağalan hissələri gözəl görünmürdü. O hissələri ki, sağalmamışdı gözəl görünürdü.

Keçib gedəndə çərpələng çox yuxarıda idi. Keçən bədənümma güzgüdəydi. Bu dəqiqdi, həm də şirindi.Yelpik məsuddu. Milçək vızıltısı eşidiləndən sonra səs gəldi və bu səs elə bil Ədəmdən gəlirdi və bu çıxıb getməyə işarəydi.

Həqiqətən qızın hissələri yağlı idi.

Zəlzələ vaxtı vətəndaşların azadlığı və bərabərliyi bərpa olundu. Problem qayıtdı.Əsas olan o idi ki, beynin modelini yaratmaq mümkün idi.
Sağalmasaydı qaçardı.

-Dəli olmusan?

-Tərpənə bilmirəm.

-Yavaş-yavaş.

Cadugər uçurdu. Dodaqaltı pıçıldayırdı.Detallar üçün fərq yoxdu. Bəzi yerlər dəyişmişdi. Aksesuarlar itmişdi. Kölgəsi ulduzlara baxırdı . Musiqi davam edirdi. Bir az...Arzusuz olmaq gözəl idi. Toz qalxdı. Rəqsə güvəndi. İrəli geri idi. Bəzi yerlərsə...

-Sağalmaq istəmirsən?

-Vəhşi olmaq...

O küy keçmədi. Qızın hissələri sağalırdı.

-Dövrə vurun.

-Tut məndən.

-Kənardan belə görünür.

-Kənar yaxşıdı.

-Daha çox şey lazımdı?

-Bəs güc?

-Şərəfə!
-Şərəfə!
-Şərəfə!

İçdilər.Seremoniya çətin keçdi. Müqəvvaların ağlına da gəlməzdi ki,hər şey belə də ola bilər.

-Proqres təzəlik deyil. Cəfəngiyat ona uyğunlaşacaqmı?

-Bəs vida hədiyyəsi?

-Dekorasiya görünəndə çatışmazlıq o anda gözə dəyir.

-Müvəqqəti çatışmazlığımı deyirsən?

-Yenə də...

-Əsas olan seçimdi.

-Təcili və şərtsiz şeylər əsas deyil.

-“Nəfəs yolu” qaydası?

Qızın hissələri ona fikirləşməyə mane olurdu. ”Pf”-dodaqlarının arasından hava çıxanda da sakitləşmədi.Təkrar etdi :

-Çox qiymətli sözlərdi.

-Dekorasiya yedək qafiləsinə oxşamamalıdır.

-Əlverişli vəziyyətdə?

-Vaxtından əvvəl.

-Deyəsən kaleydoskop fikrini oxumuşdu, elədi?

-Fikir vermədim.

-Bəs ehtiyac hissi?

-Bu təksibdi?

-Yox, fikir ayrılığıdı.

-Hürkü faciəlidirmi?

-Şirin suda yaşayan balıq dar haşiyədən keçəndə qurbağa çox olan süni göldə Qrinvic vaxtı başlangıc nöqtəni göstərirdi.Belə söyləyirlər.

-Meyvə dərman tamı dadanda adam qeyzli olur.

-Mən bilən dəniz pişiyi yavaş addımlayır.

- Bəs Ağ yol?

-Süd yolunu deyirsən?

-Lap şüşə nəqqaşının sualına oxşadı bu.

-Çərçivədəki sevinc sərhəd boyu zona qədərdi.

-Onu bilirəm ki, çox qan çox əziyyət deyil.

-İnsanın əvvəlki siması sözün dar mənasında şimşəyin şüası kimidi.

-Yeddi dəfə titrək işıq saçmaqla yol neçə mil də uzanmamışdı.

-Başa düş ki, “xeyirə qarşı”dan “heyif” demək yaxşıdı.

-Buna sadəcə cəhd eləmək lazımdı.

Qızın hissələri sağalırdı.Ayaqqabılar oynayırdı. Publika ağrıyırdı.

-Dil tapdın?

-Bu yaxşı ideya idi.

-Sən nə danışırsan?

-Kəsmə sözümü.

-Küfr edəcəm .

-Belə yaxşıdı.

-Nə?

-Heç nəyin olmağı.

Qum qədər sayı olan hər şeyə görə illah da ovcunun içi kimi tanıyırdı ünsiyyət və viranəlik təməlini.Əlbəttə, ümid az olanda yaxşı idi.

-Okeanın ən dərin yerində üzən balıqlar sərbəstdirlər.Hər gecə o balıqlar keçmişdən bu günə gəlirlər. Onlar üçün gələcək yoxdur.

-Okeanın kənarında vəhşi qabanlar, okeanın dibindəki balıqlarla savaş vəziyyətindəydilər.

-Qeyri -adi xüsusidirmi?

Təzə asan deyildi.Axın gözəl idi.

-Fikrini başa düşmədim.

- Qış dərmanları haqda soruşuram.

-Bu dərmanlar beş ilə hazırlanıb.Bunlar kimə qalacaq sonda?

-Yeri gəlməmişkən, sənə nə mane olur?

-Hər cür boş şeylər.

-Başqa nə cür ola bilər?

-Başqa daha yaxın olur.

-Bəlkə daha yaxşı demək istəyirsən?

-Yaxşı,özündən çıxma.

-Başa düş ki, bu sualın cavabı yoxdu.

-Təsadüfləri ötürmək lazımdı.

-Dəli olmusan?

-B...b... be...lə...

-Bədən dalğaları burdadı.

-Heç nə görünmür.

-Sınaq yolu da?

-Postament ağırdı.

-Qlobus və kibrit çöpünə bax.

- Hər şeyi öz adı ilə adlandırmaq lazımdır.

-Yüz dəfə cəhd edirsən, yüz birincidə alınır.

-Dünya statistikası nə deyir?

-Xırdaçılıq etmək lazım deyil.

-Bütün bunlardan yorulmuşam.

-Çıxış yolu nədi?

-Səbəb lazımdı.

-İndi bu məni maraqlandırmır.

-Banal fraza...

-Fakt həmişə acıdı.İşıq həmişə yeriməyə mane olur.

-İnam lazımdı.

-İnam həmişə birinci ölür.

-Təmiz havada boğuluram.

-Təmiz havada təyyarə də qəribə uçur.

-U...ğur! U...ğur!

İntensiv kontrol zəif deyil.

-Xoşbəxtlik ancaq düşüncədə olur.

-Yerigəlməmişkən, yeni heç nə əlavə etmək mümkün deyil.

-Sakitləş, sakitləş.

- Su var?

-Mən bunun əleyhinəyəm.

Belə.Bax belə. Tfu!

-Bu heç də asan deyil.

-Həm də sadə.

Başını yellədi.

-Bu axı nə deməkdi?

-Qəribədi, çox qəribədi.

Metaforanın nə olduğunu bilmirdi. Parad atmosferi vardı,təkcə reforma yox idi.

-Bəs Renessas stili nə deməkdi?

-Hm... Bu həyəcannandı.

-Yaxşı başa düşmədim.

-Ola bi...lər, ola bi...lər.

-Ola bilər yox, elə belədi.

-Belə nöqteyi- nəzər necə yaranıb?

-Deyəsən yenə qanın hərəkət etmir.

-Sakit ol, sakit ol.

-Elə bil ki, biz yoxuq.

-Bu günün işini sabah gör.

-Sən yəqin ki, “İçəri haqda”traktatını oxumusan.

-Ağrının kölgəsi...

-Bu dəqiqdi?

-Təəssürat ürək bulandır.

-Sən çox tələsirsən.

-Simvollara qulaq asma.

-Təmiz havada təyyarə də qəribə uçur.

0,5 dəqiqə fikirləşir.

-Milçəyin başında beyni əvəz edən əsəb düyünləri var.

-Munis təbəssümün səni hüznlü göstərir.

-Müvəqqəti sülhdən söhbət belə gedə bilməz.

-Kosmosda insan yuxu görür?

-Əlbəttə ki, yox.

- Yaxşı ki, təyyarə quşa ,gəmi balığa uyğun şəkildə quruldu.

-Bəs oyuncaqlar nə üçündür?

-Oyuncaqlar oynamaq üçün deyil. Bax bu dəqiqdi.

-Zəngin fantaziyan var.

-Bilirsən , okeanın dibində daha nələr var?

-Misir piramidaları. Orda onların şəkillərini çəkərkən hadisələr təkrarlanmır və hər şey bir- birini unudur.

-Ciddisən?

- ...ı...ı...ı...

- O paltar səni sağaldacaq.

-Onu geyməyəcəm.

-Sağalmayanda gözəl görünürsən.

-Stres başladı.

-Ehtiyatlı olma.

-Etiraz əşyalardan başlayır.

-Heç kim səhv etmir.

- Kabusların başının bir tərəfinin işləmədiyini bilirsən?

- ...........

-Ehtiyatlı olma.

Keçib gedəndə çərpələng çox yuxarıda idi.Keçən bədənümma güzgüdəydi. Bu dəqiqdi, həm də şirindi. Yelpik məsuddu.Səssiz...

Qızın hissələri fikir edirdi.Əlavə əlaqəyə ehtiyac yox idi. İrreal olan bu idi?

Missiya tamamlanmamışdı.Avaz gəlmirdi.

-Burdan keçib gedib.

-Hardan?

-İkiqapılı evdən.

Darıxmaq gözəl idi.Qızın hissələri sağalmırdıı.Sağalmayan hissələri gözəl görünürdü.

-Şərəfə!
-Şərəfə!
-Şərəfə!

Şirvan şəhəri

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG